Fransada "Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimətindəki yolu" kitabının Azərbaycan dilinə tərcümə edilən nəşrinin təqdimatı olub.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Təqdimatda müəllif Aleksandr Vatten də iştirak edib", - məlumatda bildirilib.
Qeyd olunub ki, tədbir Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Fransadakı Hərbi Attaşelik Xidmətinin dəstəyi ilə təşkil edilib:
"Əhmədiyyə Cəbrayılova (Ahmad Michel) həsr olunmuş kitabın təqdimatı Fransa Müqavimət hərəkatı sıralarında nasizmə və vəhşiliyə qarşı mübarizə aparmış bu cəsur insanın müstəsna taleyi ətrafında tarixçiləri, diplomatları və tarix həvəskarlarını bir araya gətirib".
Qeyd edək ki, Əhmədiyyə Cəbrayılov İkinci dünya müharibəsi dövründə Fransa Müqavimət Hərəkatının əfsanəvi azərbaycanlı döyüşçüsü və partizanıdır.
📚La présentation de l’édition en langue azerbaïdjanaise du livre « Le parcours d’Ahmadiyya Jabrayilov dans la Résistance française » s’est tenue ce jeudi 14 mai au “Baku book Center”, en présence de l’auteur Alexandre WATTIN.
— Azerbaïdjan en France (@AzAmbassadeFr) May 14, 2026
L’organisation de cet évènement a eu lieu avec le… pic.twitter.com/TVGTSPSgJ6