AZ

Trampdan sensasion açıqlama: Çin İrana silah verməyəcək

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin İrana hərbi texnika göndərməyəcəyinə dair söz verdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, Pekin İran neftini almağa davam etmək niyyətində olsa da, hərbi dəstək məsələsində fərqli mövqe nümayiş etdirib.

Si Cinpin dedi ki, İrana hərbi texnika göndərmək niyyətində deyil. Bu, çox ciddi bəyanatdır, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, Çinlə aparılan danışıqlarda İran məsələsi də əsas mövzulardan biri olub.

Musavat.com

Seçilən
16
1
musavat.com

2Mənbələr