AZ

Dünya Çempionatının finalında bir ilk: Sürpriz qonaqlar FOTO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

ABŞ-nin İst-Raterford şəhərindəki "Metlayf" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının final fasiləsində ABŞ-li müğənni Madonna, kolumbiyalı müğənni Şakira və Cənubi Koreyadan olan BTS qrupu çıxış edəcəklər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Coldplay" rok-qrupu "X" hesabında məlumat verib.

"Madonna, Şakira və BTS iyulun 19-da Nyu-Cersi ştatındakı stadionda DÇ-2026-nın final oyununun fasiləsində tarixdə ilk dəfə olaraq final şousunun hedlaynerləri (əsas və ən məşhur iştirakçıları - red.) olacaqlar.

"Coldplay"in solisti Kris Martinin təşkilatçısı, "Global Citizen"in prodüseri olan şou FIFA-nın "Global Citizen" təhsil fondu üçün vəsaitin toplanmasına yönəldiləcək. Həmin fond dünya üzrə uşaqlar üçün keyfiyyətli təhsil və futbola əlçatanlığı yaxşılaşdırmağı nəzərdə tutur", - deyə məlumatda bildirilib.Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
news.milli.az

2Mənbələr