Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin Avropanın qabaqcıl böyük bulud provayderi “Gcore” ilə əməkdaşlığı çərçivəsində yaradılıb. “AZINCLOUD” platforması istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək şəraiti yaradır.
“AZINCLOUD” istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək təqdim edir. Platforma “istifadə etdiyin qədər ödə” (Pay-as-you-go) modeli əsasında işləyir və bizneslərə ilkin sərmayə olmadan yalnız istifadə olunan resurslara görə ödəniş etmək imkanı yaradır.
Abunəçilər bank kartı detallarını bir dəfə daxil etməklə aylıq ödənişləri avtomatik həyata keçirə və şəxsi hesabları vasitəsilə tarixçəni izləyə bilirlər. Platforma Azərbaycan dilində interfeysə malikdir və bütün xidmətlər Azərbaycan manatı ilə təqdim olunur, bu da əlavə bank komissiyalarını aradan qaldırır.
İstifadəçilər istənilən vaxt abunəliyi dayandıra bilərlər, bu da platformanın rahat və çevik istifadə imkanını artırır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan