AZ

Premyer Liqada mövsümün ən yaxşısı kim seçiləcək?

İngiltərə Premyer Liqasının rəsmi saytı 2025/2026 mövsümünün ən yaxşı oyunçusu adı üçün namizədlərin siyahısını açıqlayıb.

Sportal.az xəbər verir ki, siyahıya çempionatın liderlərinin oyunçuları və orta sıralardakı komandaların üzvləri də olmaqla səkkiz futbolçu daxil edilib.

Mükafat üçün iddiaçılar arasında Brunu Fernandeş ("Mançester Yunayted"), Qabriel dos Santos, David Raya və Deklan Rays (hamısı "Arsenal"), Erlinq Holand və Antuan Semenyo (hər ikisi "Mançester Siti"), Morqan Gibbs-Uayt ("Nottingem Forest") və İqor Tyaqo ("Brentford") yer alıb.

​Qalib ənənəvi olaraq azarkeşlərin səsləri və ekspert qrupunun rəyinin əsasında seçiləcək. Azarkeşlərin mayın 18-nə qədər öz favoritlərini dəstəkləmək imkanı var. İngiltərədə mövsümün ən yaxşı futbolçusunun adı gələn həftə elan ediləcək.

saytlarin hazirlanmasi

Seçilən
15
1
sportal.az

2Mənbələr