AZ

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib - YENİLƏNİB-3

Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb, azı 44 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" kanalında bildirib.

"Dəqiqləşdirilmiş məlumata görə, hücum nəticəsində 8 nəfər həlak olub. Onların arasında 13 yaşlı qız da var", – Tkaçenko yazıb.

Rusiyanın Kiyevə (Ukrayna) hücumu nəticəsində 5 nəfər həlak olub, təxminən 40 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, Kiyev vilayətində 7 nəfər xəsarət alıb. Xarkovda zərərçəkənlərin sayı 28 nəfərə çatıb, Odessa vilayətində isə iki nəfər yaralanıb.

Zelenski qeyd edib ki, ümumilikdə ölkədə 180 obyekt zədələnib, onlardan 50-dən çoxu yaşayış evləridir.

Rusiyanın gecə saatlarında Kiyev vilayətinə hücumu nəticəsində 1 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" baş nazirin bərpa məsələləri üzrə müavini - Ukrayna icmalar və ərazilərin inkişafı naziri Aleksey Kulebanın açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, şəhərin müxtəlif rayonlarında yanğınlar və dağıntılar qeydə alınıb. Yaşayış binaları və mülki infrastruktur obyektləri zərbəyə məruz qalıb.

Rusiya qoşunları Ukraynanın Kiyev vilayətinə hücum edib, 29 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Kiyevin Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.

"Zərərçəkənlərin sayı 29 nəfərə çatıb", - o yazıb.

Onun sözlərinə görə, bütün zərərçəkənlərə ixtisaslı tibbi yardım göstərilir.

Həmçinin o bildirib ki, Darnitski rayonunda evin fasadı zədələnib. Evin həyətyanı sahəsində yanğın baş verib.

Seçilən
31
1
far.az

4Mənbələr