Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb, azı 44 nəfər xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" kanalında bildirib.
"Dəqiqləşdirilmiş məlumata görə, hücum nəticəsində 8 nəfər həlak olub. Onların arasında 13 yaşlı qız da var", – Tkaçenko yazıb.