Nazirlər Kabineti Şuşa şəhərində yerləşən üç qeyri-yaşayış binasının “Sökülməsi mümkün olan obyektlərin Siyahısı”na daxil edilməsi ilə bağlı qərar qəbul edib.
Anews.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Şuşa şəhərinin Aslan Qaraşarov küçəsində yerləşən üç qeyri-yaşayış binası sökülməsi mümkün olan obyektlər siyahısına əlavə edilib.