AZ

Ermənistan XİN: Yerevan Rusiya ilə sağlam münasibətləri qorumaq üçün səylər göstərir

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan Rusiya ilə normal, tərəfdaş və sağlam münasibətləri qorumaq üçün səy göstərmək niyyətindədir. Newscenter.az TASS-a istinadən bildirir ki. bu barədə jurnalistlərə xarici işlər naziri Ararat Mirzoyan bildirib.O, hazırkı Ermənistan hakimiyyətinin Rusiya Federasiyası ilə münasibətləri korladığı fikri ilə razılaşmayıb."Normal, tərəfdaşlığa əsaslanan, sağlam münasibətlər üçün hər cür səy göstərmişik, göstəririk və göstərməyə davam edəcəyik və bu, belə də olacaq", - deyə o bildirib.Lakin o, sözünə davam edərək bildirib ki, bu, respublikanın xarici siyasətinin yalnız bu sahəyə yönələcəyi anlamına gəlmir:"Yerevan iqtisadi əlaqələr də daxil olmaqla, bir çox fəaliyyət sahələrini şaxələndirmək niyyətindədir"Aygün

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
newscenter.az

1Mənbələr