AZ

Kiyevdə matəm elan edilib

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Ukrayna mediasının məlumatına görə, hücum nəticəsində azı 7 nəfər həlak olub, 44 nəfər yaralanıb. Daha 20 nəfərin itkin düşdüyü bildirilir. Hazırda paytaxtda axtarış-xilasetmə əməliyyatları davam edir.

Məlumata əsasən, zərbələr nəticəsində yaşayış binaları və mülki infrastruktur obyektlərinə ziyan dəyib.

Hadisə ilə bağlı Kiyev şəhər administrasiyası mayın 15-ni matəm günü elan edib.

Seçilən
16
5
anews.az

6Mənbələr