Bu ilin aprel ayında Türkiyədə əcnəbi vətəndaşlara ümumilikdə 1 516 mənzil satılıb.
Ötən ay Azərbaycan vətəndaşları qonşu ölkədə 76 daşınmaz əmlak alıblar.
Hesabat ayında Türkiyədə xaricilərə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 1,1% azalıb. Yanvar–aprel aylarında isə əcnəbilərə ümumi mənzil satışı illik müqayisədə 11,6% azalaraq 5 681 ədəd təşkil edib.
Aprel ayında ən çox mənzil alan xarici vətəndaşlar Rusiya Federasiyası vətəndaşları olub. Həmin ay Rusiya vətəndaşları Türkiyədə 263 mənzil alıblar. İkinci yerdə Çin vətəndaşları – onlar Türkiyədən 110 ev alıb. İran vətəndaşları isə ötən ay 100 mənzil alaraq siyahının üçüncü yerində qərarlaşıblar.
Xatırladaq ki, 2025-ci ildə Türkiyədə Azərbaycan vətəndaşlarına ümumilikdə 983 mənzil satılıb.