AZ

"Şamaxı"nın baş məşqçi postuna 3 əsas namizəd var - ADLAR

"Şamaxı"nı tərk edəcəyini açıqlayan baş məşqçi Ayxan Abbasovun yerinə hazırda 3 yerli namizəd var.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar hazırda işsiz olan Şahin Diniyev, 1-ci Liqanın lideri "Şəfa"da ortaya qoyduğu performansla adından söz etdirən 34 yaşlı mütəxəssis Elgiz Kərəmli və "Kəpəz"in çalışdırıcısı Azər Bağırovdur.

Rəhbərlik 2024-cü ilin noyabrında "Səbail"dən ayrılan Diniyevlə ünsiyyət qurubsa, digər iki məşqçi üçün əsas hədəf indiki iş yerlərində qalmaqdır.

Qeyd edək ki, 31 oyuna 35 xal toplayan "bənövşəyilər" Misli Premyer Liqasının turnir cədvəlinin 8-ci pilləsində mövqe tutublar.

Toğrul

 

Seçilən
93
1
fanat.az

4Mənbələr