AZ

ABB Invest-in xalis mənfəəti 2025-ci ildə 1% artıb

ABB Invest-in xalis mənfəəti 2025-ci maliyyə ilinin sonunda 2 milyon 352 min 707 manat təşkil edib.

Şirkət nümayəndəsi bildirib ki, 2024-cü ildə xalis mənfəət 2 milyon 319 min 376 manat olub. Beləliklə, illik müqayisədə xalis mənfəətdə təxminən 1% artım qeydə alınıb.

Onun sözlərinə görə, bu rəqəmlər kənar audit şirkəti tərəfindən təsdiqlənmiş audit hesabatına əsaslanır.

Şirkət həmçinin bildirib ki, ötən illərdən bölüşdürülməmiş mənfəət hesabına səhmdara 3 milyon manat dividend ödənilib.

ABB Invest-in məlumatına görə, 2025-ci il dekabrın 31-nə şirkətin kapitalı 9.3 milyon manat təşkil edib. Dividend ödənişindən sonra kapital 6 milyon manata düşüb.

N.Təbrizli

Seçilən
6
anews.az

1Mənbələr