AZ

Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev tərəfindən "Xoca Əhməd Yəsəvi" ordeni təqdim edilib.

Axar.az xəbər verir ki, təqdimat Astanada iki ölkə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutub.

Prezident Ərdoğan mərasimdə etdiyi çıxışda Xoca Əhməd Yəsəvi adına təsis edilən sözügedən nüfuzlu ordenin ilk dəfə özünə təqdim edilməsindən böyük məmnunluq duyduğunu bildirib:

"Bu nişanı Türkiyə Cümhuriyyətinə və millətimizə yüksək bir iltifat olaraq görür və qəbul edirəm. Bu münasibətlə ölkələrimiz arasındakı qardaşlığın bugünkü səviyyəsinə çatmasında göstərdiyiniz liderlik üçün sizə, dəyərli qardaşıma təşəkkür edirəm. Rəbbim qardaşlığımızı və məhəbbətimizi daim etsin."

"Xoca Əhməd Yəsəvi" ordeni Qazaxıstan Prezidenti Tokayev tərəfindən 10 aprel 2026-cı ildə elan edilib. Bugünkü mərasimlə Prezident Ərdoğan "Xoca Əhməd Yəsəvi Nişanı" təqdim edilən ilk şəxs olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
4
axar.az

10Mənbələr