Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Naxçıvan, 14 may, AZƏRTAC
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi şəhər teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, memorandum Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində daha da möhkəmləndirilməsi, ortaq teatr layihələrinin həyata keçirilməsi, qarşılıqlı qastrol səfərləri, təcrübə mübadiləsi və birgə festivalların təşkili məqsədi daşıyır.
Müxbir- Nail Əsgərov



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.