AZ

ABŞ və Çin liderlərinin İran anlaşması - Nüvə silahı, Hörmüz məsələləri necə razılaşdırıldı?

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin İranın heç bir halda nüvə silahı əldə etməməsinə dair ortaq məxrəcə gəliblər.

AzNews.az CNN-ə istinadən bildirir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Rəsmi sənəddə qeyd olunur ki, hər iki ölkə İranın gələcəkdə heç vaxt nüvə silahına sahib olmaması barədə razılaşıb.

Eyni zamanda, Ağ Ev bəyan edib ki, liderlər azad enerji nəqlinin təmin edilməsi məqsədilə Hörmüz boğazının açıq saxlanmasının vacibliyini təsdiqləyiblər.

Danışıqların yekunlarına dair Ağ Evin yaydığı məlumatda Donald Trampın Pekində Si Cinpinlə səmərəli görüş keçirdiyi və ölkələr arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi barədə qərara gəlindiyi vurğulanıb.

Seçilən
5
aznews.az

1Mənbələr