AZ

TƏCİLİ: Gürcüstanda Azərbaycanlılar həlak oldu

Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada həlak olanlar azərbaycanlılardır./qafqazinfo.az/


Bizi Telegramda izləyin


 

Seçilən
40
9
musavat.com

10Mənbələr