AZ

“Azərbaycanın turizm potensialını daha da artırmaq mümkündür” İqtisadçı

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Turist axınının artması ölkə iqtisadiyyatına, xidmət sektoruna və Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir. Turistin ölkədən ayrılması ilə proses bitməməli, əksinə, o, ölkə haqqında məlumatlı bir təbliğatçıya çevrilməlidir. Bu isə qeyri-neft sektoruna investisiyaların artmasına, sahibkarlığın genişlənməsinə və xarici bazarlara çıxışın güclənməsinə şərait yaradır”.

Bunu 525.az-a iqtisadçı ekspert Günay Hüseynova deyib. Ekspert qeyd edib ki, dövlət dəstəyi ilə həyata keçirilən investisiya layihələri turistlər və investorlar üçün daha etibarlı mühit yaradır. Nəticə etibarilə, düzgün təbliğat, sistemli planlaşdırma və kompleks yanaşma ilə Azərbaycanın turizm potensialını daha da artırmaq mümkündür.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
525.az

1Mənbələr