AZ

“Buta Farm” MMC-dən yaşlıların rifahına dəstək yönündə sosial təşəbbüs

“Buta Farm” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “e-Sosial” platformasının nümayəndələrinin iştirakı ilə “Səday” Qayğı Mərkəzini ziyarət edib. Təşəbbüsün əsas məqsədi mərkəzdə yaşayan yaşlı şəxslərin sosial rifahının dəstəklənməsi, onların gündəlik tibbi ehtiyaclarının qarşılanmasına töhfə verilməsi və cəmiyyətin həssas təbəqələrinə diqqətin artırılması olub.

Ziyarət çərçivəsində “Buta Farm” MMC tərəfindən mərkəzin sakinlərinə şirkətin loyallıq proqramı əsasında hazırlanmış “Buta Qayğı+” kartları təqdim edilib. Tədbir zamanı kartların təqdim etdiyi imkanlar, istifadə qaydaları və üstünlükləri barədə ətraflı məlumat verilib. “Buta Qayğı+” kartları vasitəsilə istifadəçilər aptek alışları zamanı bonuslar toplamaqla yanaşı, müxtəlif güzəşt və xüsusi təkliflərdən də yararlana bilirlər. Layihə çərçivəsində təqdim olunan bu imkanların yaşlı şəxslərin gündəlik xərclərinin optimallaşdırılmasına və onların sosial təminatına əlavə dəstək göstərməsi nəzərdə tutulur.

Sosial təşəbbüs çərçivəsində yaşlı sakinlərə sağlamlıq göstəricilərinin mütəmadi nəzarətdə saxlanılması məqsədilə şəkərölçən və arterial təzyiq ölçən cihazlar da təqdim olunub. Eyni zamanda, onların ümumi sağlamlıq vəziyyətinin dəstəklənməsinə yönəlmiş müxtəlif qida əlavələri hədiyyə edilib.

Görüş zamanı “Buta Farm” MMC və “e-Sosial” platformasının nümayəndələri mərkəzin sakinləri ilə yaxından ünsiyyət quraraq onların gündəlik ehtiyacları, sosial vəziyyəti və sağlamlıqla bağlı qayğıları ilə maraqlanıblar. Tədbir səmimi və qayğıkeş atmosferdə keçirilib, yaşlı sakinlərə mənəvi dəstək göstərilib.

“Buta Farm” MMC sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq bundan sonra da cəmiyyətin həssas qruplarının dəstəklənməsinə yönəlmiş layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır. Şirkət hesab edir ki, bu kimi təşəbbüslər sosial həmrəyliyin gücləndirilməsi, qarşılıqlı dəstək mühitinin təşviqi və cəmiyyətin rifahına töhfə baxımından xüsusi əhəmiyyət daşıyır.

Seçilən
53
publika.az

1Mənbələr