AZ

Azyaşlıları şirniyyatdan uzaq saxlamağın müsbət cəhətləri açıqlandı

Saglamolun portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəkərin körpələrin gələcək sağlamlığına ciddi təsir göstərə biləcəyi ilə bağlı yeni araşdırma aparılıb. Alimlər müəyyən edib ki, həyatın ilk 1000 günü, yəni ana bətnindən başlayaraq təxminən 2 yaşa qədər olan dövrdə şəkərin az miqdarda istehlakı gələcəkdə bir sıra xroniki xəstəliklərin riskini azaldır. Bu barədə The Guardian məlumat yayıb.Araşdırmaya görə, erkən yaşlarda şəkərsiz və ya az şəkərli qidalanan uşaqlarda yetkinlik dövründə 2-ci tip diabet və yüksək təzyiqə daha az rast gəlinir. Tədqiqat Cənubi Kaliforniya Universitetinin rəhbərliyi ilə aparılıb. Böyük Britaniyada 38 min nəfərin sağlamlıq göstəriciləri müqayisə olunub. Məlum olub ki, 2 yaşına qədər şirniyyat və əlavə şəkərdən uzaq qalan insanlarda diabet və hipertoniyanın yaranma ehtimalı daha aşağıdır.Mütəxəssislər uşaqlara gündə 30 qramdan artıq şəkər verilməsini məsləhət görmür. Qeyd olunur ki, şəkər təkcə şirniyyatlarda deyil, bal, sirop və hətta bəzi meyvə şirələrinin tərkibində də olur.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
saglamolun.az

1Mənbələr