ain.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Stenford Tibb Məktəbinin alimləri oynaq qığırdaq toxumasının bərpası ilə bağlı araşdırma aparıb. Tədqiqat göstərib ki, yaşlanma ilə əlaqəli olan 15-PGDH adlı zülalı bloklayan preparatın inyeksiyası diz oynağındakı zədələnmiş qığırdaq toxumasının yenidən formalaşmasına kömək edir.Araşdırma zamanı preparat həm heyvanlar, həm də insan qığırdaq nümunələri üzərində sınaqdan keçirilib. Nəticələrə görə, müalicədən sonra yeni və funksional qığırdaq toxumasının yaranması müşahidə olunub. Alimlər bildirib ki, bu üsul xüsusilə idman zədələrindən sonra yaranan osteoartritin inkişaf riskini azaltmağa kömək edə bilər.Mütəxəssislər qeyd edib ki, qığırdaq toxumasının özünü bərpa etmə qabiliyyəti çox zəifdir və bu səbəbdən diz zədələrindən sonra illər ərzində osteoartrit inkişaf edir. Yeni preparatın həm inyeksiya, həm də tablet formasının gələcəkdə oynaq protez əməliyyatlarına ehtiyacı azalda biləcəyi düşünülür.
Saglamolun.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.