AZ

ABŞ Çindən İranla münaqişənin tənzimlənməsində yardım istəyir

ABŞ rəsmiləri Çini İranla bağlı münaqişənin tənzimlənməsində daha "aktiv rol" oynamağa razı salmağa çalışacaq...

Poliqon xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Pekinə İranla müharibənin tənzimlənməsində Çinin iştirakının zəruriliyi ilə bağlı öz arqumentlərini təqdim edib. Rubio qeyd edib ki, bu addım Pekinin maraqlarına uyğundur, çünki Çin gəmiləri Hörmüz boğazında bloklanmış vəziyyətdə qalır və bu da ölkə iqtisadiyyatına əlavə təzyiq yaradır. O, həmçinin Çinin BMT-də Hörmüz boğazında İrandan gələn hərəkətlərin pislənməsinə dəstək vermək imkanına malik olduğunu vurğulayıb.

"Bu, onların maraqlarına uyğundur. Biz ümid edirik ki, onları Fars körfəzində İranın hazırda gördüyü və görməyə çalışdığı addımlardan imtina etməsi üçün daha aktiv rol oynamağa razı sala biləcəyik. Biz Çin tərəfinə öz arqumentlərimizi təqdim etdik və ümid edirəm ki, onlar inandırıcı olacaq. Onların bu həftənin sonunda BMT-də bu məsələ ilə bağlı nəsə etmək imkanı da olacaq", deyə Rubio bildirib.

O, həmçinin qeyd edib ki, Çin iqtisadiyyatı ixraca yönəlib və Yaxın Şərqdəki vəziyyət səbəbindən iqtisadiyyat zərər görür, Çin ixracı isə kəskin şəkildə azalacaq.

13 mayda ABŞ prezidenti Donald Trampın Çinə dövlət səfəri başlayıb. Pekində artıq ABŞ lideri ilə Çin Xalq Respublikasının Sədri Si Szinpin arasında iki saatdan çox davam edən danışıqlar keçirilib. Tramp görüşü "əla" kimi qiymətləndirib.

Çinin Sinxua agentliyinin məlumatına görə, Si Szinpin və Tramp Rusiya–Ukrayna münaqişəsini də müzakirə ediblər. Media həmçinin liderlərin İranla bağlı vəziyyəti də müzakirə etməyi planlaşdırdıqlarını yazıb.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr