AZ

BMT Baş katibi Azərbaycanın çoxtərəfliliyin təşviqi istiqamətində səylərini yüksək qiymətləndirib

Qlobal Cənub QHT Platforması həmrəylik, dialoq və tərəfdaşlıq üçün mühüm mexanizm rolunu oynayır.

Aznews.az xəbər verir ki, bu, BMT Baş katibinin Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştirakçılarına ünvanlanan müraciətində deyilir.

Müraciətdə bildirilib ki, inklüziv inkişafın təşviqi, dayanıqlılığın gücləndirilməsi, effektiv çoxtərəflilik və əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə Qlobal Cənub ölkələrinə dəstək baxımından qlobal öhdəliklərin yerinə yetirilməsi və heç kimin diqqətdən kənarda qalmaması vacibdir.

Baş Assambleyanın inklüziv şəhərsalma, iqlim dayanıqlılığı və dayanıqlı idarəetmə məsələlərinə həsr olunmasının isə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.

Seçilən
16
2
aznews.az

4Mənbələr