AZ

Atalay Demirci saxlanıldı - Foto

FETÖ istintaqı çərçivəsində barəsində qəti həbs cəzası olan komediyaçı Atalay Dəmirçi İstanbulda keçirilən əməliyyatda saxlanılıb...

Milli.Az xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsinin qrupları İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə FETÖ ilə əlaqəsi olduğu iddia edilən şəxsləri hədəf alan əməliyyata başlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə 5 illik həbs cəzası təsdiqlənmiş və hazırda qaçaq olan komediyaçı Atalay Demirci İstanbuldadır.

Texniki və fiziki müşahidədən sonra Demirci Kartalda keçirilən əməliyyatda nəzarətə alınıb.

Polis bölməsində prosedurlar başa çatdıqdan sonra Atalay Dəmirçi ədliyyəyə aparılıb. Dəmirçi məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.

Poliqon.info

Seçilən
12
4
poliqon.info

5Mənbələr