AZ

Ukraynada Andrey Yermakla bağlı həbs qərarı verilib

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Ukraynada məhkəmə Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak barəsində həbs qətimkan tədbiri seçib.

BAKU.WS xəbər verir ki, məhkəmə qərarına əsasən, Yermak 140 milyon qrivna (təxminən 3,4 milyon ABŞ dolları) məbləğində girov qarşılığında azadlığa buraxıla bilər.

"RBK-Ukrayna"nın yaydığı xəbərə istinadən bildirilir ki, Ukrayna İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu məhkəməyə daha sərt tələb irəli sürüb. Prokurorluq Yermakın 180 milyon qrivna (təxminən 4,1 milyon dollar) məbləğində girov müqabilində həbs olunmasını istəyib.

Qərarın detalları və iş üzrə istintaqın gedişi ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
baku.ws

2Mənbələr