AZ

Ağcabədidə güclü külək ağacları aşırdı, avtomobillərə ziyan dəydi

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gecə güclü küləyin təsirindən irigövdəli ağac aşaraq, "Mercedes-Benz" və VAZ-2106 markalı avtomobillərin üzərinə düşüb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Bundan başqa, şəhərin digər hissəsində qaz xətti qırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar, yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
3
baku.ws

4Mənbələr