Ötən gecə Fransada Liqa 1-də mövsümün qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, 29-cu turundan təxirə salınmış matçda PSJ ən yaxın izləyicisi "Lans"ı səfərdə 2:0 hesabı ilə məğlub edib ki, bu da Luis Enrikenin komandasının sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.
"Lans" – PSJ - 0:2
Qollar: Kvaratsxeliya, 29. Mbaye, 90+3.
PSJ ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə çempion adını qazanıb. Bu, Fransa tarixində rekord göstəricidir.