AZ

Körfəzdə gərginlik: İrana ani hücum başladı

Modern.az saytına istinadən ain.az xəbər verir.

Küveyt Fars körfəzində İran gəmisinə hücum edib və dörd İran vətəndaşını saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb. Nazirin sözlərinə görə, hadisə beynəlxalq sularda baş verib və Tehran bunu qanunsuz addım kimi qiymətləndirir.

Əraqçi məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma apardığını və İranın öz vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün bütün addımları atacağını bildirib.

Hadisə ilə bağlı Küveyt tərəfindən hələlik açıqlama verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
modern.az

1Mənbələr