ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, Çin Vaşinqtonun əsas geosiyasi rəqibidir.
APA xəbər verir ki, o, bu barədə “Fox News”a müsahibəsi zamanı danışıb.
"Bəli, geosiyasi baxımdan bu, bizim əsas çətinliyimizdir, eyni zamanda [Çinlə] münasibətlərimiz üzərində işləmək çox vacibdir", - o deyib.
Rubio etiraf edib ki, Amerika maraqları Çinin maraqları ilə ziddiyyət təşkil edə bilər.
Dövlət katibi onu da əlavə edib ki, müharibələrdən qaçmaq, sülhü və sabitliyi qorumaq üçün vəziyyətlə ələ almaq lazımdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.