AZ

Keçmiş mətbuat katibindən Zelenski ilə bağlı qalmaqallı iddialar

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel (o, bu vəzifəni 2019-cu ildən 2021-ci ilə qədər tutub) onun 2022-ci ildə Donbası təhvil verməyə hazır olduğunu iddia edib.

AzNews.az xəbər verir ki, o belə bir iddia ilə amerikalı mühafizəkar jurnalist Taker Karlsona müsahibəsində çıxış edib. Mendel müsahibədə digər məsələlərlə yanaşı, 2022-ci ilin yazında İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətinin müharibəyə son qoymaq üçün Rusiyanın bütün tələblərinə razı olmağa hazır olduğunu bildirib.

O, yalnız Ukraynanı birbaşa İstanbulda təmsil edən adları açıqlanmayan şəxslərlə söhbətlərinə istinad edərək heç bir dəlil təqdim etməyib:

"Mən 2022-ci ildə İstanbul danışıqlarında Ukraynanı təmsil edən insanlarla danışdım. Onlar mənə hər şeyə razı olduqlarını ətraflı izah etdilər. Üstəlik, və ən əsası, Zelenskinin şəxsən Donbası təhvil verməyə razı olduğunu dedilər".

Prezident aparatı isə cavab olaraq onun "dəli olduğunu" bildirib:

Seçilən
12
3
aznews.az

8Mənbələr