AZ

Mertsi istefaya çağırdılar - Almaniyadakı ağır vəziyyətə görə...

Almaniyanın BSW partiyasının təsisçisi Sahra Vaqenknext bildirib ki, Almaniya Kansleri Fridrix Merts hökumət başçısı postundan getməlidir.

Bizim.Media onun "X" sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, əgər XDS/XSS (Xristian-Demokrat və Xristian-Sosial İttifaqları) bloku və SDPA-dan (Almaniya Sosial-Demokrat Partiyası) ibarət hökumət daha üç il fəaliyyət göstərsə, AFR-i (Almaniya Federativ Respublikasını) xilas etmək artıq mümkün olmayacaq.
 

"Merts - AFR tarihində ən qeyri-populyar kanslerdir! Son sorğuya əsasən, vətəndaşların 87 faizi Almaniya hökumətinin işindən narazıdır. Əksəriyyət XDS/XSS və SDPA koalisiyasının vaxtından əvvəl dağılmasını arzulayır", - siyasətçi yazıb.


Onun fikrincə, əgər bu hökumət daha üç il işləsə, Almaniyanı xilas etmək praktiki olaraq qeyri-mümkün olacaq, buna görə də Merts getməlidir.

Vaqenknext qeyd edib ki, daxili ziddiyyətlər içində parçalanan AFR hökuməti vətəndaşları yanacaq qiymətlərinin sürətli artımından belə qoruya bilmir.

Bizim.Media

Seçilən
2
1
bizim.media

2Mənbələr