AZ

Mənim futbolçularım əsl qəhrəmandırlar -

"Mənim futbolçularım əsl qəhrəmandırlar və belə oyunçulara sahib olduğum üçün fəxr edirəm". Metbuat.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas "Zirə" ilə keçirilən həlledici qarşılaşmadan sonrakı mətbuat konfransında deyib.O, oyunçuları təbrik edərək, onlara bütün mövsüm ərzində göstərdikləri performansa görə təşəkkür edib:"Biz demək olar ki, mükəmmələ yaxın bir mövsüm keçirdik. Liqada dominant futbol sərgilədik və çempionatın bitməsinə bir ay qalmış çempionluğumuzu təmin etdik. Bütün bunlar futbolçularımızın əməyinin nəticəsidir. Onlar bu gün bütün qələbələrə layiqdirlər".Baş məşqçi əlavə edib ki, hər iki qol fantastik idi. Bu qələbələrin arxasında böyük komanda işi dayanır:"Bu, mənim çalışdığım 10-cu klubdur və burada inanılmaz atmosfer var. Mən "Zirə" komandasını da təbrik etmək istəyirəm. Baş məşqçilərinin işi meydanda açıq şəkildə görünür. Bu oyunda bir tərəf qalib gəlməli idi və həmin tərəf biz olduq".Qeyd edək ki, "Sabah" komandası bu gün Azərbaycan Kubokunun qalibi olub.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
7
2
metbuat.az

2Mənbələr