AZ

Yolda məcburu dayanma edən sürücülərə XƏBƏRDARLIQ

Ajans.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Qeyd olunub ki, yollarda avtomobil nasazlığı və ya digər səbəblərlə yaranan dayanmalarda ehtiyatsız davranış ağır nəticələrə səbəb ola bilər. Son dövrlərdə qeydə alınan bir sıra ağır qəzalar sürücülərin məcburi dayanma zamanı lazımi qoruyucu tədbirləri görməməsi ilə əlaqəlidir.  O da vurğulanıb ki, qəza dayanma nişanı yol hərəkəti qaydalarına uyğun məsafədə qoyulmalıdır. Nişanın düzgün yerləşdirilməsi digər sürücülərin təhlükəni vaxtında görməsi baxımından vacibdir. əks halda, yolda əlavə risk və qəza şəraiti yarana bilər.
Seçilən
90
1
Ajans.az

2Mənbələr