AZ

Futbolçularıma təşəkkür edirəm -

"Futbolçularıma əzmkar oyunlarına görə təşəkkür edirəm. Çox güclü rəqibə qarşı oynayırdıq. Hər iki qol yüksək ustalıqla vuruldu və bu da rəqibin gücünü göstərdi". Metbuat.az-ın məlumatına görə, bunu "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov "Sabah"la keçirilən həlledici qarşılaşmadan sonrakı mətbuat konfransında deyib."Oyun bizim üçün olduqca yaxşı başladı. İlk dəqiqələrdə müdafiədə etibarlı çıxış etdik və təhlükəli hücumlarımız da oldu. Hətta ikinci qolu vurmaq üçün imkanlarımız yaranmışdı.İkinci hissə də bizim üçün daha etibarlı keçirdi, rəqibə yüzfaizlik qol epizodu vermirdik. Amma sonra rəqibin fantastik qolu hesabı bərabərləşdirdi.Rəqibi təbrik edirəm. Biz isə artıq önümüzə baxacağıq və sona qədər mübarizəmizi davam etdirəcəyik", - deyə baş məşqçi bildirib.Qeyd edək ki, Azərbaycan Kubokunun qalibi "Sabah" komandası olub.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
8
metbuat.az

1Mənbələr