AZ

Azərbaycan Kubokunda final oyunu başlayıb - YENİLƏNİR

Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyunu start götürüb.

"Unikal" xəbər verir ki, saat 20:00-da “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurmaq istəyir. “Zirə” isə kuboka sahib çıxmaqla həm də Avropa Liqasına vəsiqə əldə etmək niyyətindədir.

Qeyd edək ki, ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.

Seçilən
1
3
unikal.az

10Mənbələr