“Benfika” ilə yollarını ayıran təcrübəli məşqçi Joze Maurinyo karyerasını İspaniyanın “Real Madrid” klubunda davam etdirə bilər. Təcrübəli mütəxəssisin İspaniya nəhəngi ilə razılaşmaq ərəfəsində olduğu bildirilir. Metbuat.az xəbər verir ki, xarici media bu mövzuda maraqlı xəbər yayıb. Xarici KİV-in iddiasına görə, Joze Maurinyo İspaniya klubunun qarşısında şərt qoyub: “Qalatasaray”ın hücumçusu Viktor Osimen alınmalıdır! Qeyd edək ki, Viktor Osimen 2025-ci ildən İstanbul təmsilçisinin şərəfini qoruyur. “Qalatasaray” nigeriyalı ulduz üçün 150 milyon avro qiymət müəyyən edib. Məbləğ futbol dünyasında fantastik sayıldığı üçün hələlik heç bir klub 26 yaşlı qolçunu öz heyətinə cəlb etməyə maraq göstərmir.