AZ

Bu miqrantlar Dominikana göndəriləcək

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dominikan Respublikası ABŞ-dən deportasiya ediləcək bəzi miqrantları qəbul edəcək.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ ilə əldə olunan razılaşma çərçivəsində müəyyən şərtlərə cavab verən "üçüncü dünya ölkələri"nin vətəndaşları Dominikan Respublikasına göndərilə biləcək.

"New York Times" qəzetinin xəbərinə görə, Dominikan Respublikası ABŞ-də saxlanılan miqrantların bir hissəsinin göndərilməsi ilə bağlı razılığa gəlinən növbəti Latın Amerikası ölkəsi olub.

Dominikan Respublikası Xarici İşlər Nazirliyi ABŞ-dən deportasiya olunacaq bəzi miqrantların ölkəyə göndərilməsini qəbul etdiyini açıqlayıb.

ABŞ ilə imzalanan "məcburi olmayan anlaşma memorandumu"na əsasən, məhkumluğu olanlar, müşayiətsiz uşaqlar və qonşu ölkə Haitidən gələnlər istisna olmaqla, "üçüncü dünya ölkələri"nin vətəndaşları Dominikan Respublikasına göndərilə bilər.

Ölkəyə göndərilən miqrantlar "məhdud sayda" olacaq və Dominikan Respublikasında "keçid mərhələsində" hesab ediləcəklər.

Bundan əlavə, bu şəxslərin Dominikan Respublikasında qaldığı müddətdə və öz ölkələrinə geri göndərilməsi prosesində "ABŞ-dən maliyyə və əməliyyat dəstəyi" alınacaq.

Dominikan Respublikasının ABŞ-dəki keçmiş səfiri Bernardo Veqa müsahibəsində bu razılaşmanın "pis xəbər" olduğunu və ABŞ-nin ölkəyə "təzyiq etdiyini" göstərdiyini bildirib.

ABŞ-dən deportasiya edilən miqrantların El Salvador, Kosta-Rika və Panama kimi region ölkələrinə gətirilməsi həmin ölkələrdə ciddi araşdırmalara və hüquqi proseslərə səbəb olmuşdu.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
1
cebheinfo.az

2Mənbələr