525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının növbəti iclası baş tutub.
525.az xəbər verir ki, Şaiq Qəribzadənin sədrliyi ilə keçirilən toplantıda son dövrlər poçt və karqo sahəsində mövcud problemlər haqqında fikir mübadiləsi aparılıb, üzv olan şirkətlərin təklifləri dinlənilib, yaranmış problemlər, qarşıda duran məsələlərlə bağlı çıxış yolları müzakirə edilib və bəzi dövlət qurumlarına müraciətlərin edilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasına üzv olan şirkətlər – “UPS-Az”, “Dərhal LTD”, “Azeri Express”, “Ase Asya Afrika Hızlı Karqo və Dağıtım”, “Starex”, “Limak”, “Demir Cargo”, “United Logistic Group”a daxil olan “Expargo”, “Morex”, "Kargolux", “Kango”, “166 Karqo” və “Findex”dir. Assosiasiyaya üzv olan şirkətlər ölkəyə beynəlxalq alış-veriş platformaları vasitəsilə gətirilən bağlamaların təxminən 70 faizini daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.