AZ

İran  ABŞ-nin danışıqları bərpa etməsi üçün 5 şərt irəli sürdü

SEPAH-a bağlı Fars xəbər agentliyi mənbəyə istinadən xəbər verir ki, İran bir sıra ilkin şərtləri yerinə yetirmədən ABŞ ilə danışıqlara qayıtmaq niyyətində deyil.

Vətəninfo.az xəbər verir ki, agentliyin məlumatına görə, Tehran Vaşinqtona yeni danışıqlar mərhələsi üçün “minimum etimad zəmanəti” kimi təsvir edilən beş əsas tələb irəli sürüb.

Bunlara “bütün cəbhələrdə, xüsusən də Livanda” hərbi əməliyyatların dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi, müharibənin vurduğu zərərin ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması daxildir.

Mənbə habelə bildirib ki, İran Ərəbistan dənizində və Oman körfəzində davam edən dəniz blokadasından narahatlığını ifadə edib və bunu ABŞ ilə dialoqda etimadı sarsıdan amil hesab edib.

Seçilən
27
veteninfo.az

1Mənbələr