Bakı, 13 may, AZƏRTAC
Bu il üç Azərbaycan filminin yenidən rənglənməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov mayın 13-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi” adlı panel sessiyada deyib.
O bildirib ki, "O olmasın, bu olsun”, “Bəxtiyar” və “Yaramaz” filmlərinin bu il üçün son texnoloji avadanlıqlar vasitəsilə rənglənməsi planlaşdırılıb.