AZ

OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu ilin aprel ayında orta gündəlik xam neft hasilatının 460 min barel səviyyəsində olduğunu bildirib. 

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, mart ayı ilə müqayisədə 3 min barel çoxdur. Bu ilin mart ayında sutkalıq neft hasilatı 457 min barel olub.

Qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı bu ilin birinci rübündə 454 min barel səviyyəsində olub. 2025-ci ildə isə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
banco.az

2Mənbələr