AZ

Yeni sədr özünə müşavir təyin etdi - FOTO

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində yeni təyinat olub.

"Unikal" xəbər verir ki, İbrahim İbrahimov Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin yanvar ayından 2026-cı ilin may ayına kimi Rəqəmsal Tibbi Həllər-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb. 2021-ci ilin may ayından 2024-cü ilin yanvar ayına kimi isə İcbari Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub.

İbrahim İbrahimov 2006–2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2012–2014-cü illərdə isə Kompüter elmləri ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. (Banker.az)

Seçilən
11
12
unikal.az

10Mənbələr