AZ

SOCAR MOL Group ilə enerji təhlükəsizliyi və əlavə əməkdaşlığı müzakirə edib

ain.az bildirir, 525.az portalına istinadən.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın "MOL Group" şirkəti arasında səmərəli enerji həlləri vasitəsilə enerji təhlükəsizliyinin və dayanıqlı inkişafın dəstəklənməsinə yönəlmiş əlavə əməkdaşlıq imkanları müzakirə olunub.

525.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Daşkənddə keçirilmiş "Özbəkistanın nefti və qazı" ("Oil and Gas of Uzbekistan - OGU2026") çərçivəsində "MOL Group"un kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Zsombor Marton ilə görüşdə aparılıb.

Tərəflər möhkəm və uzunmüddətli tərəfdaşlığı vurğulayıb, eyni zamanda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə diqqət yetirib.

R. Nəcəf bildirib ki, Azərbaycanda birgə upstream layihələri, o cümlədən Azərbaycanın Şamaxı-Qobustan bölgəsindəki quru sahə üzrə Kəşfiyyat, İşlənmə və Hasilat Bölgüsü Sazişi çərçivəsində davam edən işlər barədə fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
525.az

2Mənbələr