Siyasi böhran bataqlığında boğulan Avropanın ən düşük siyasətçisi yəqin ki, Emnanuel Makrondur. O Makron ki, uzun illər açıq-aydın Azərbaycanın və Türkiyənin əleyinə mövqe nümayiş etdirməklə bölgədə ziddiyəti və düşmınçiıiyi artıran bəyanatlar verib, qərarlar qəbul edib. İndi isə sülh göyərçini olub, Ermənistandan Türkiyəyə sərhəd qapısından ilk keçən siyasi lider kimi adını tarixə yazdırmaq istəyir. Burada istər- istəməz ölməz Üzeyir bəyin " O olmasın bu olsun" filmindəki bazar səhnəsi adamın yadına düşür və Makronun qulağından tutub demək istəyirsən ki,- "Ay keçi, bu kişmiş ehsan deyil ee"!
Bəli, sülh müqaviləsi də imzalanacaq, yollar da, sərhədlər də açılacaq! Ancaq sülh qatarının ilk sərnişinləri bölgədə sülhün və əməkdaşlığın müəllifləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan olacaqdır!
Cənab Prezidentin Zəngilanda söylədiyi bir fikir dünya birliyində xalqımızın yerini və nüfuzunu dəqiq müəyyən edir: "Bu gün dünyada bizə olan hörmətin bir çox səbəbləri var: həm qalib xalq kimi, həm müharibəni müharibə qanunlarına uyğun aparan xalq kimi, həm humanitar qaydalara riayət edən xalq kimi və qurub-yaradan xalq kimi". Bəli, Azərbaycan xalqı, qurucu xalqdır, mədəni xalqdır, heç bir dövlətin ərazisini işğal etmək fikrimiz yoxdur. Bizə müharibə lazım deyil, biz istədiyimizə nail olmuşuq"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31