Suraxanı rayonunda növbəti qanunsuz tikili sakinlərin narazılığına səbəb olub.
İşlək olan səkidə aparılan işlər səbəbindən hərəkət etməyə yer qalmayıb. Sakinlər bildirib ki, məktəblilər, körpəli qadınlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətindədir.
Sakinlər tikili ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirir. Ümid edirlər ki, bu tikili ilə bağlı Suraxanı İH tezliklə tədbir görəcək.
Məsələ ilə bağlı Suraxanı İH-lə əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.