AZ

"Araz-Naxçıvan"ın legioneri milliyə dəvət edildi

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Benin milli komandasına dəvət edilib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.

Futbolçu Naxçıvan təmsilçisinə iyunun 1-də qoşulacaq. Felipe 2024-cü ilin yayından “Araz-Naxçıvan”ın formasını geyinir.

O, cari mövsümdə 29 oyunda 8 qol vurub və 7 qolun ötürməsini verib.

saytlarin hazirlanmasi

Seçilən
62
13
sportal.az

10Mənbələr