ABŞ-ın AECOM şirkətinin əməkdaşları TRIPP layihəsinin tikintisi ilə bağlı ərazinin araşdırılması məqsədilə Ermənistana səfər ediblər.
APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistanın Baş nazirinin müavini ilə keçirilən görüşdə şirkət nümayəndələri texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzrə işlərin əsas istiqamətlərini və gözlənilən nəticələri təqdim ediblər.