AZ

Rektor Anar Nağıyevin doğum günüdür

Bu gün Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin doğum günüdür. 

AzEdu.az xəbər verir ki, rektorun bu gün 48 yaşı tamam olur. 

Anar Nağıyev Prezident İlham Əliyev sərəncamı ilə  2021-ci ilin iyunun 24-də BSU-ya rektor əvəzi, 2022-ci ilin fevralın 18-də isə  rektor vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, o, BSU-ya rektor əvəzi təyin olunana qədər Təhsil İnstitutunun direktor müavini, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, A.Nağıyev 03.07.2013-ci ildən Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı vəzifəsini də icra edib. Anar Nağıyev ADU-da baş müəllim, dosent olaraq çalışıb. O, 16 yanvar 2017-ci ildə ADU-nun dekanı vəzifəsindən gedib.

Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

AzEdu.az Təhsil Portalının kollektivi adından hörmətli rektor Anar Nağıyevi təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.

Seçilən
109
azedu.az

1Mənbələr