AZ

Nəriman Axundzadənin ABŞ klubundakı maaşı bəlli oldu 

Nəriman Axundzadənin “Qarabağ”dan ABŞ təmsilçisi “Kolumbus Kryu” keçidindən sonra qazancı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü illik təxminən 550 min dollar xalis əməkhaqqı əldə edir. Vergilər daxil olmaqla bu məbləğ 633 min dollardan çoxdur.

MLS-də ən yüksək maaş alan futbolçu isə Lionel Messidır. Argentinalı ulduzun illik qazancının 28 milyon dollar olduğu bildirilir.

Qeyd edək ki, Nəriman Amerika klubu ilə 3 il yarımlıq müqaviləyə imza atıb.

Seçilən
42
idmanxeber.az

1Mənbələr