Nəriman Axundzadənin “Qarabağ”dan ABŞ təmsilçisi “Kolumbus Kryu” keçidindən sonra qazancı məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü illik təxminən 550 min dollar xalis əməkhaqqı əldə edir. Vergilər daxil olmaqla bu məbləğ 633 min dollardan çoxdur.
MLS-də ən yüksək maaş alan futbolçu isə Lionel Messidır. Argentinalı ulduzun illik qazancının 28 milyon dollar olduğu bildirilir.
Qeyd edək ki, Nəriman Amerika klubu ilə 3 il yarımlıq müqaviləyə imza atıb.